“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə partiyanın saytında məlumat yerləşdirilib.
Həmin başsağlığı qeydini təqdim edirik:
“Kiçik Viktor Yanukoviçi tanıyan hər kəs onun haqqında xüsusi simpatiya və istiqanlılıqla danışır. O, ekstrim və sürət həvəskarı idi. Viktor son ana qədər öz vətəndaşlıq mövqeyini müdafiə edən bir şəxs idi. Həyatdan zövq almağı və dost olmağı bacaran biri idi... Biz Viktorun valideynlərinə, dul qalan xanımı Olqaya, oğlu İlyaya başsağlığı veririk. Viktorun parlaq obrazı bizim yaddaşımızda və qəlbimizdə daim qalacaq”
Qeyd edək ki, Yanukoviçin oğlunun ölüm xəbəri dünəndən yayılsa da, İrkutsk FHN-i bu xəbəri təkzib edir. Kiçik Viktor Yanukoviçin Baykalda buzun qırılması səsəbilə suya düşərək boğulduğu bildirilir.
***
Lifenews.ru saytının yazdığına görə eks-prezidentin oğlu artıq torpağa tapşırılıb. Onun Sevostopoldakı hərbi qəbiristanlıqda dəfn edildiyi bildirilir.
***
Artıq Ukrayna DİN də sözügedən ölüm hadisəsini təsdiqləyib. Belə ki, daxili işlər nazirinin müşaviri Anton Geraşşenko bu barədə öz “facebook” hesabında yazıb:
“Mikroavtobus buzun altına getməyə başlayıb. Viktorla birlikdə mikroavtobusda olan 5 nəfər xilas ola bilib, lakin su mikroavtobusa sürücü tərəfdən dolmağa başladığından o, təhlükəsizlik kəmərini açmağa macal tapmayıb və suda boğulub”.
Son xəbərlər
Son Xəbərlər