Yanvarda gətirilən avtomobillərin sayı açıqlandı

yanvarda-getirilen-avtomobillerin-sayi-aciqlandi
Oxunma sayı: 2546

2021-ci ilin yanvar ayında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ölkəyə 4238 ədəd minik avtomobili, 367 ədəd yük avtomobili, 31 ədəd avtobus idxal olunub. 

2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvarında ölkəyə gətirilən yük avtomobillərinin sayında 25,7 faiz artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 23,8 faiz, avtobusların idxalı isə 13,9 faiz azalıb.

Gülnar Əliyeva