Yanvarda icbari sığortaya cəlb olunan nəqliyyat vasitələrinin - Statistikası

yanvarda-icbari-sigortaya-celb-olunan-neqliyyat-vasitelerinin
Oxunma sayı: 1334

2016-cı ilin yanvar ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 56 926 müqavilə qeydiyyata alınıb.

“Qafqazinfo” xəbər verir ki, İcbari Sığorta Bürosundan (İSB) AzərTAC-a verilən məlumata görə, bunların 7 878 ədədi xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Ümumilikdə, yanvar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,7 milyon manat təşkil edib.

2015-ci ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 13,7 faiz, sığorta haqlarının məbləğində isə 7,8 faiz azalma müşahidə edilib.