Yanvarın 19-u saat 12 radələrində Binəqədi qəsəbə sakini Günay Mürsəliyev evdən çıxıb və geri qayıtmayıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının səyi nəticəsində G.Mürsəliyev iyunun 30-da geri dönüb.
İyunun 30-da Cavanşir küçəsində Bakı şəhər sakinləri Bayar Əliyev Ruslan Səmədovun qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyinə görə Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən tutulub.
İyunun 30-u saat 17 radələrində Zığ yolunda Bakı şəhər sakini Elşən Talıbov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Nazim Hacıyevi vurub, nəticədə piyada hadisə yerində ölüb, “VAZ-21015”-in sərnişini Samir Əhmədov isə xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.
Aprelin 30-u saat 14 radələrində Maştağa qəsəbə sakini Afaq Dadaşov evdən çıxıb və geri qayıtmayıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının səyi nəticəsində A.Dadaşov iyunun 30-da geri dönüb.
İyunun 24-ü saat 03 radələrində M.Kazımov küçəsində Bakı şəhər sakini Raqif Əliyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə KTM-ya yerləşdirilib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Füzuli Hüseynov iyunun 30-da yaxalanıb.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Nizami Hüseynov iyunun 30-da tutulub.
İyulun 1-i saat 19 radələrində Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yaşayan Amin Orucov mübahisə zəminində həmin küçədə yaşayan Radik Məmmədovu bıçaqla qətlə yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulub.