Yanvarın 20-də hava necə olacaq?

yanvarin-20-de-hava-nece-olacaq
Oxunma sayı: 2978

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Xatırladaq ki, həmin gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunacaq.