Yanvarın “ən yaxşısı” Neymar oldu

yanvarin-en-yaxsisi-neymar-oldu
Oxunma sayı: 1024

Fransa Liqa1-də yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, PSJ-nin hücumçusu Neymar bu ada layiq görülüb. 

Peşəkar Futbolçular Assosiasiyasının apardığı sorğunun nəticəsinə görə, Neymar yanvarın ən yaxşısı mükafatını alıb. Braziliya millisinin üzvü ötən ay ərzində iştirak etdiyi 3 oyunda 5 qola imza atıb.
 
Qeyd edək ki, Neymar bu mövsüm meydana çıxdığı 14 oyunda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.