YAP-a üzv olan gənclərə vəsiqə verildi- - Nərimanovda

yap-a-uzv-olan-genclere-vesiqe-verildi-
Oxunma sayı: 1228


“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından danışıb.

Daha sonra Yeni Azərbaycan  Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək, partiyanın sıralarında sayı gün-gündən artan gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayıb. 

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dövlətimizin gənclərə verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək gənclərin ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə etmişdir.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.

Yekunda Yani Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.