YAP-a yeni sədr seçildi - Pirallahıda

yap-a-yeni-sedr-secildi
Oxunma sayı: 952

Pirallahı Rayonunda YAP-ın rayon təşkiatının konfransı keçirilib. 

Təşkilatdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, yığıncaqda  təşkilati məsələlərə baxılıb. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Şikarov YAP Pirallahı rayon təşkilatının sədri seçilib. Qoçalı Mahmudov, Əli Kərimov, Baxarəddin Rəsulov və Bəxtiyar Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib. 

Təşkilati məsələlərdən sonra çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, YAP Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcək.