YAP-çı deputat hökuməti hərəkətə keçməyə çağırdı

yap-ci-deputat-hokumeti-herekete-kecmeye-cagirdi
Oxunma sayı: 2774

Deputat Siyavuş Novruzov parlamentdə büdcənin icrası  ilə bağlı qanun layihəsinin müzakirəsində hökumətin apardığı siyasətin vətəndaşlara anlaşılan şəkildə  çatdırılmasının vacibliyini dilə gətirib. 

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, prezident seçkilərindən sonra ölkədə ciddi struktur və kadr islahatları həyata keçirildi: “Bəzi  yeni qurumlar yarandı, bəziləri ləğv olundu. Ancaq hələ də onların düzgün, anlaşılan izahı yoxdur. Düzdür, struktur dəyişikləri prezidentin səlahiyyətinə aid məsələdir, dövlət başçısı bu qədər böyük işlərə imza atıb. Amma onların izahatı  normal şəkildə verilmir. Xüsusilə də bu siyasətlə  bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Bunların izahatı verilməlidir ki, həqiqətdir, böhtandır, yoxsa nədir? Əgər böhtandırsa, həmin şəxslərin cəzası verilməlidir”.

Deputat həmçinin çıxışında Azərbaycanda kredit faizlərinin yüksək olmasından narazılığını qeyd edib. Onun sözlərinə görə, vətəndaşlarımız bu səbəblə yeni işləri aça bilmirlər. “Beləliklə də, dövlət büdcəsinə vergilərin həcmi azalır. İndi biz bilmək istərdik ki, 2018- ci ildə bu yüksək kredit faizləri ilə bağlı  hansı işlər görülür?”.

 Günel Türksoy