YAP-çı deputat Qazaxıstanın hakim partiyasının gəncləri ilə görüşdü - Fotolar

yap-ci-deputat-qazaxistanin-hakim-partiyasinin-gencleri-ile-gorusdu
Oxunma sayı: 1350

Milli Məclisin YAP-çı deputatları Anar Məmmədov və Əliabbas Salahzadə Qazaxıstanın hakim partiyası AMANAT-ın gənc millət vəkilləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, panel formasında keçirilən görüşdə AMANAT-ın gənc millət vəkilləri ilə yanaşı, TÜRKPA üzv ölkələrinin gənc parlamentariləri də iştirak ediblər.

Görüş zamanı hakim AMANAT partiyasının gənc deputatları, Azərbaycanın millət vəkilləri, həmçinin Türkiyə Cümhuriyyətinin millət vəkili, Özbəkistanın millət vəkili də çıxış edib, ölkələrimiz arasında mədəni, iqtisadi inkişafın sürətlənməsinə dair fikir mübadiləsi aparılıb, gənc millət vəkillərinin bu prosesdə rolundan danışılıb.