YAP-çı millət vəkili Abbas Abbasova təşəkkür etdi

yap-ci-millet-vekili-abbas-abbasova-tesekkur-etdi
Oxunma sayı: 2902


“Qafqazinfo” Azerros-un saytına istinadən xəbər verir ki, açılış mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın rus icmasının sədri Mixail Zabelin RATİ və Azərros rəhbərliyinə, şəxsən Abbas Abbasova belə bir təşkilatçılıq üçün minnətdarlığını bildirib. Onun sözlərinə görə, belə layihə Rusiyadan olan uşaqlara Azərbaycanda yaşayan həmyaşıdları ilə dost olmağa yardım edir: “Uşaqlar bir-biriləri ilə, ölkələrimizlə tanış olmalıdırlar. Növbəti mərhələdə bizim uşaqlar Rusiya ilə tanış olacaq. Bu, çox mühüm mədəniyyətlərarası mübadilədir”. 

Rəsmi çıxışlar başa çatdıqdan sonra RATİ, Azərros və ARİ adından layihə iştirakçılarına Rusiyanın dövlət bayramı –Rusiya günü münasibətilə xatirə hədiyyələri təqdim edilib.