YAP-da toplantı, plan təsdiqləndi

yap-da-toplanti-plan-tesdiqlendi
Oxunma sayı: 2932


YAP-ın İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov Komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, YAP-ın İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasının qərarı ilə həyatımızın müxtəlif sahələrini əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri, partiya həyatına həsr olunmuş yeganə komissiya “Partiyadaxili inkişaf və intizam komissiyası”dır: “Komissiya rayon (şəhər) təşkilatlarının fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan hesabatlarından nümunələr götürür, araşdırmalar təhlillər, tədqiqatlar aparıb, nəticələri barədə İcra Katibliyinə təqdim edir, ildə iki Komissiya partiya təşkilatlarında partiyanın məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə, partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar aparır, nəticələrini təşkilatlarla müzakirə edir.

Partiyadaxili inkişafın müasir mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin  yüksədilməsidir. Partiyaya qəbulla əlaqədar müraciət edənlərin ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli vətənpərvərlik hissələrinə, partiyanın Nizamnamə və Proqramında təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə saxlanmalı, bu sahədə də daha müsbət nəticə göstərən təşkilatların iş təcrübəsi ümumiləşdirilib yayılmalıdır.

Komissiya komissiya “Partiyadaxili inkişaf və intizam komissiyası”nın iş prinsiplərinə dair Əsasnamə işləyib hazırlayır.

Komissiya “Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları” adlı təlimat işləyib hazırlayır.

Komissiya rayon (şəhər) təşkilatlarının ilk təşkilatlarla əlaqələri və işbirliyi haqda tədqiqatlar aparır, nümunəvi təşkilatların iş metodlarını digər təşkilatlar arasında yayır.

Komissiya Qadınlar Şurası və Gənclər Birliyi ilə işbirliyi qurur, onları maraqlandıran məsələlər barədə onlarla birgə tədqiqatlar aparır”.

Daha sonra komissiya üzvləri çıxış edərək iş planı haqqında fikir və təkliflərini bildiriblər.

Sonda isə “Partiyadaxili inkişaf və intizam komissiyası”nın 2014-cü il üçün iş planı təsdiqlənib.

Komissiyanın tərkibi altı nəfərdən ibarətdir:

1. Kərim Kərimov -  sədr

2. Namiq Əhmədov – müavin

3. Süleyman İsmayılov

4. Misirxan Vəliyev

5. Rizvan Vahabov

6. Fikrət İsamyılov

SİA