“Qafqazinfo” xəbər verir ki, Əli Əhmədov bu aksiyanı Heydər Əliyevin tarixi xidmətlərinə, Azərbaycan xalqının həyatında oynadığı rola verilən qiymət kimi dəyərləndirib. ANS Şirkətlər Qrupunun belə bir təşəbbüsünü yüksək qiymətləndirən Əli Əhmədov deyib ki, bu qədər böyük bir məsafə qət etmək böyük uğurdur. “Siz böyük şücaət və fədakarlıq nümayiş etdirmisiniz. Əvvəlcədən çoxlu sayda çətinliklər ola biləcəyini bilirdiniz və Heydər Əliyevin yolunda belə çətinlikləri gözə aldınız. Mən bunu alqışlayıram”.
Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev aksiya çərçivəsində 8 ölkədə olduqlarını bildirib. O qeyd edib ki, bu aksiyanın mahiyyəti qurtuluşun mahiyyətini təbliğ etmək və Azərbaycanı tanıtmaq idi. V.Mustafayev artıq Avropada Azərbaycanın yaxşı tannıdığını vurğulayıb. Görüşün sonunda Əli Əhmədov yürüş iştirakçılarına Heydər Əliyevə həsr olunmuş kitab hədiyyə edib.
Son xəbərlər
Son Xəbərlər