“Qafqazinfo” xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Gəncə şəhər icra hakimiyyətinin şöbə müdiri Flora Zeynalova çıxışında Gəncədə 40 dan çox uşaq bağçası və körpələr evinin fəaliyyət göstərdiyini, həmin kollektivlərin fəaliyyətinə hər gün ciddi nəzarət olunduğunu, uşaqların milli ruhda tərbiyə olunmasına xüsusi önəm verildiyini vurğulayıb.
Tədbirdə məktəbəqədər təhsil müəssisələrində və uşaq bağçalarında çalışan, xüsusi fəallığı ilə fərqlənən işçilərdən 181 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu.YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev partiya sıralarına yeni qəbul olunan üzvlərin qarşısında məsuliyyətli və şərəfli vəzifələrin durduğunu qeyd etməklə,onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Son xəbərlər
Son Xəbərlər