YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

yap-gence-seher-teskilati-gencler-birliyinin-konfransi-kecirilib
Oxunma sayı: 1964


"Qafqazinfo"ya daxil olan məlumata görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Zeynalov,  YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin sədri,akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif  Həmzəyev, ziyalılar, fəal gənclər, media nümayəndələri iştirak ediblər.

Gənclər Birliyinin  sədri Fərid Dünyamalıyev  hesabat verərək , prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə  həyata keçirilən  dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb.Diqqətə çatdırıb ki, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyi 1996 –cı il 28 oktyabrda təsis olunub. Bu gün Şəhər Partiya Təşkilatının 32200 üzvündən, 18136 nəfəri gənclərdir. Hesabat dövründə partiya sıralarına 4530 nəfər gənc qəbul edilib. 157 ərazi partiya təşkilatında Gənclər Birliyinin özək təşkilatları yaradılıb. Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə, həmçinin elmdə,təhsildə böyük uğurlar qazanırlar. Fəaliyyət dövrü ərzində 16 təlim, 8 aksiya, 21 layihə, 25 tədbir, 20 görüş, 32 dəfə “Cinema Club”un görüşü keçirilib, 13 seminar, 6 kurs təşkil edilib, 5 videoçarx hazırlanıb.