Mərasimdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Təşkilatın idarə heyəti və şura üzvləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və tələbə-gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq iştirakçıları salamladı və bildirdi ki, bu tədbir çox əlamətdar bir dövrdə keçirilir. Bütün gəncəlilər xalqımıza xoşbəxtlik, firavan həyat, əmin-amanlıq bəxş edən ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş möhtəşəm tədbirlərin qürurlu və sevincli təəssüratları içərisindədir. İki gün bundan əvvəl isə 28 May-Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 96 illiyini yüksək təntənə ilə qeyd etdik. Bu tarixi hadisələri xalqımız, eləcə də ulu öndərin müdrik siyasi kursuna həmişə sadiq olan , qədirbilən gəncəlilər görkəmli nailiyyətlərlə, həyatımızın bütün sahələrində sürətli inkişaf və tərəqqidən doğan fərəh hissi ilə qarşıladılar.
Şəhər Partiya təşkilatının sədri bütün gəncəlilər adından əldə olunan uğurlara, qazanılan qələbələr görə ölkə Prezidenti İlham Əliyevə, hər bir Gəncə sakininə göstərdiyi diqqətə və dəstəyə görə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkürünü bildirdi.
Sonra mükafatlandırma mərasiminə başlandı. Öncə 8 komandanın cəlb olunduğu, olimpiya sisteminə uyğun olaraq, keçirilən şahmat turnirinin qalibləri - Azərbaycan Dövlət Aqrar Universitetinin komandası və Universitetin rektoru , professor İbrahim Cəfərov, yarışda ikinci yeri tutan Azərbaycan Texnologiya Universitetinin komandası və Universitetin prorektoru Məntiq Cəfərov dəvət olundular.
“Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının qalibi Gəncə Dövlət Universitetinin komanda üzvləri olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin komandası isə ikinci yerin sahibi olub.
Futzal turnirində Gəncə Humanitar Kollecin və Azərbaycan Texnologiya Universitetinin komandaları birinci və ikinci yeri paylaşıblar.
Şahmat və Futzal yarışlarının qaliblərinə kubok, medallar, Fəxri fərmanlar, qiymətli hədiyyələr verildi.
“Heydər Əliyev irisini öyrənirik” adlı bilik yarışının qalibi olan Gəncə Dövlət Universitetinin komandasına kubok, Fəxri fərmanlar, hədiyyələr verilməklə, YAP Gəncə şəhər Təşkilatının Keçici bayrağı təntənəli şəkildə təqdim olundu.
Son xəbərlər
Son Xəbərlər