Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində yeni rəhbər təyinatı gözlənilir.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə partiyanın İdarə Heyətinin iclasında qərar veriləcək.
Qeyd edək ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, ötən ilin mayında Prezidentin sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda onu Gənclər Birliyinin sədri olaraq Ramin Məmmədov əvəz edir.
***
Bu gün YAP Gənclər Birliyinə yeni sədr təyinatı baş tutub.
Bu barədə “Qafqazinfo”ya partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. O qeyd edib ki, Gənclər Birliyinin üzvü olan Bəxtiyar İslamov yeni sədr seçilib.
***
Həmçinin iclasda Gənclər Birliyində strurktur dəyişikliyi məsələsi müzakirə edilib. Birliyin Şurası ləğv edilib və İdarə Heyətinə yeni üzvlər seçilib. İH-nin üzvlərinin sayı artırılıb.
***
İclasda çıxış edən YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.
Günel Türksoy







Son xəbərlər
Son Xəbərlər