YAP-ın MSK-dakı təmsilçiləri dəyişəcəkmi?

yap-in-msk-daki-temsilcileri-deyisecekmi
Oxunma sayı: 1204

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlərinin siyahısı sabah müəyyənləşəcək. 

“Qafqazinfo” xəbər verir ki, hakim partiyanı hazırda MSK-da 6 namizəd təmsil edir. Bunlar Məzahir Pənahov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Hüseyn Paşayev, Validə Kazımovadır. 

Yeni tərkibdə kimlərin yer alacağı partiyanın sabah baş tutacaq iclasında bəlli olacaq. 

Qeyd edək ki, namizədlər müəyyənləşdirildikdən sonra siyahı Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Daha sonra isə siyahı təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək. 

Bildirək ki, bu gün heç bir siyasi partiyaya mənsub olmayan və azlıq təşkil edən deputatların namizədləri müəyyənləşdiriləcək. 

Günel Türksoy