YAP-ın MSK-dakı təmsilçilərinin adı məlum oldu

yap-in-msk-daki-temsilcilerinin-adi-melum-oldu
Oxunma sayı: 2546

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlərinin siyahısı müəyyənləşib. 

"Qafqazinfo" xəbər verir ki, hakim partiyanı təmsil edəcək namizədlər Məzahir Pənahov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Hüseyn Paşayev, Validə Kazımova və Rövzət Qasımovdur. Siyahıya yeni əlavə edilən şəxs Rövzət Qasımovdur.

Siyahıda ehtiyat namizəd kimi Hümbətov Sürəddin və bitərəf namizəd Nailə Əsgərova da var.

Qeyd edək ki, namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Daha sonra isə siyahı təsdiq edilmək üçün Milli Məclisin plenar iclasında müzakirə ediləcək. 

Günel Türksoy