“Qafqazinfo” xəbər verir ki, bunu “Yeni Müsavat”a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, siyahı artıq hazırdır. “Qanunvericilikdə belədir ki, imza toplayandan sonra seçkilərə ən azı 50 gün qalmış DSK-ya digər sənədləri təqdim etmək olar. Yəni onsuz da DSK ayın 12-dən tez hər hansı sənədi qəbul etməyəcək. Əgər namizəd irəli sürülürsə, namizədin müdafiəsi üçün seçici imzaları toplanılır, müvafiq sənədlərlə birgə DSK-ya təqdim etmək üçün seçkilərə ən azı 30 gün, ən çoxu 50 gün qalmış təqdim olunmalıdır. Bu baxımdan kifayət qədər zaman var. Əvvəlcədən qeyd etmişik ki, bizim hər dairə üzrə 10 nəfər imza toplayan şəxsimiz müəyyən olunub, onlara treninq keçirilib. Bir gün, gün yarım ərzində bunlar imzaları toplayacaq və müvafiq sənədlərlə birlikdə hazır vəziyyətdə saxlayacaq. Sentyabrın 12-nə qədər onsuz da sənədləri DSK-yə təqdim etmək mümkün deyil. O baxımdan da vaxtında biz bütün prosedurları yerinə yetiririk”.
“Bütün işlər başa çatıbsa, namizədlərin yekun siyahısının açıqlanmasına mane olan nədir?” sualına Novruzov belə cavab verib: “Bununla əlaqədar gərək partiyanın ali orqanının, İdarə Heyətinin toplantısı keçirilsin. Bununla əlaqədar İdarə Heyətinə qabaqcadan müraciət olunur və s. Yəni nə vaxt olacaqsa, biz ictimaiyyətə açıqlayacağıq və bütün siyahını YAP-ın saytında yerləşdirəcəyik”.
Son xəbərlər
Son Xəbərlər