YAP-ın səlahiyyətli nümayəndələri qeydə alındı

yap-in-selahiyyetli-numayendeleri-qeyde-alindi
Oxunma sayı: 5098

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.

İclasda YAP-ın 77 səlahiyyətli nümayəndələri və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb. Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.