Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
“Qafqazinfo”Trend-ə istinadən xəbər verir ki, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib. YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".
***
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclası başa çatıb.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.
Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
***
Kərim Kərimov isə bildirib ki, siyahıda əsaslı dəyişiklər edilib: "Siyahıda iş adamları var, qadınlar, gənclər çoxdur. Köhnə tərkibdən xeyli namizəd göstərilməyən də var. Tərkib yenilənir".
O, YAP-ın təxminən 7 dairədən namizəd irəli sürməyəcəyini də bildirib.
Son xəbərlər
Son Xəbərlər