YAP-ın yeni binası - Foto

yap-in-yeni-binasi-
Oxunma sayı: 3330

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

Partiyanın inzibati binasının tikintisinə 2014-cü ilin may ayında başlanıb və bu ilin avqustunda başa çatdırılıb. 

Partiyanın rayon təşkilatının üzvlərinin 30 faizini gənclər, 40 faizini isə qadınlar təşkil edir.