“Qafqazinfo” xəbər verir ki, çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətin mətbuata ciddi dəstək verdiyini bildirib:
“Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir və gələn ilin sonlarında jurnalistlərin ixtiyarına veriləcək”.
S.Novruzov Yeni Azərbaycan Partiyasının da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Daha sonra S.Novruzov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mükafatlar təqdim edib.

Son xəbərlər
Son Xəbərlər