YAP namizədləri üçün imzatoplama kampaniyası davam etdirilir - Gəncədə

yap-namizedleri-ucun-imzatoplama-kampaniyasi-davam-etdirilir
Oxunma sayı: 1716

Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasına start verilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsində fəaliyyət göstərən mobil qruplar tərəfindən imzatoplama kampaniyası davam etdirilir.

YAP Gəncə şəhər Təşkilatının Seçki Qərargahı Yeni Azərbaycan Partiyası tərəfindən 37, 38, 39, 40 saylı Seçki Dairələrindən namizədliyi irəli sürülmüş Pərvin Kərimzadə, Naqif Həmzəyev, Xanlar Fətiyev və Musa Quliyevin imzatoplama kampaniyasına başlayıb.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq, müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri həyata keçirən YAP Gəncə şəhər Təşkilatının partiya fəalları bu mərhələni də uğurla başa vurmaq üçün yüksək fəallıq və işgüzarlıq göstərirlər.