YAP ödənişsiz efir vaxtından imtina etdi

yap-odenissiz-efir-vaxtindan-imtina-etdi
Oxunma sayı: 3025

Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.