T.Abbaslı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, meriyaya qurultay üçün ünvanlanan müraciətdə əvvəlki yerlər istənilcək: “Bakı şəhərində Şəhriyar adına Mədəniyyət Evi kimi 800-1000 nəfərlik tutumu olan zallar var. Buna uyğun yerlər istəniləcək. Məktub bu gün ya da sabah Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. Müraciətdə bu cümləni də yazacağıq ki, normal yerlər təklif olunarsa, müzakirə etməyə hazırıq. Amma bilirik ki, bundan öncəkilər kimi standart məktub göndəriləcək”.
T.Abbaslı qeyd edib ki, qurultayın partiyada keçirilməsinin əleyhinə səs verəcək: “Partiyada böyük əksəriyyət o fikirdədir ki, biz istənilən halda qurultay keçirək. Təklif edirlər ki, qərargahda yaxud da hansısa uyğun olmayan yer olsa belə qurultayı keçirək. Amma mən bunun əleyhinəyəm. Qurultayın normal şəraitdə keçirilməsinin tərəfdarıyam. Müzakirələr zamanı da qurultayın qərargahda keçirilməsinin əleyhinə olacağam”.
TK üzvü bildirib ki, qurultaya həmişəki adamlar çağırılacaq: “Qonaqlarla bağlı diskussiya aparıldı. Siyahı uzun müddətdir ki, hazırdır. Siyasi partiyaların rəhbərliyi, qonşu ölkələrdəki partiya nümayəndələri, ölkəmizdəki beynəlxalq təşkilatların nümayəndəlikləri və səfirliklərə dəvət göndərilməsi müzakirə olundu. YAP-a dəvət göndərib-göndərməmək müzakirə olunmayıb. Məncə, YAP onsuz da qurultaya gəlməyəcək. Buna görə də onları dəvət etməyin mənası yoxdur. Xüsusi qonaqlar olmayacaq, qeyri-adi kimlərinsə gələcəyini gözləmirik. Müsavatın 100 illiyinə kimlər dəvət olunmuşdusa, onlara dəvətnamə veriləcək. Demək olar ki, eyni siyahıdı”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər