YAP respublika müşavirəsi keçirdi

yap-respublika-musaviresi-kecirdi
Oxunma sayı: 1591

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək Prezident seçkilərində göstərdikləri fəallığa görə partiya üzvlərinə təşəkkürünü bildirib. 

Qeyd edib ki, seçkilər yüksək fəallıqla keçirilib. Xalq bu seçkilərdə də prezident İlham Əliyevin siyasətini dəstəklədiyini göstərib və növbəti 7 ildə də İ. Əliyev ölkəmizə rəhbərlik edəcək.
Əli Əhmədov qeyd edib ki, bu il bir sıra əlamətdar hadisələrlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini, iyunun 26-da Bakıda keçirilmiş hərbi paradı buraya aid etmək olar.