YAP sərgi keçirir

yap-sergi-kecirir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, sərgi Nəsimi rayonu ərazisində yerləşən ali təhsil ocaqlarında təhsil alan yaradıcı gənclərin əsərlərindən və əl işlərindən ibarət olacaq. Tədbirin əsas məqsədi bacarıqlı, fəal gənclərin üzə çıxarılmasından, ictimaiyyətə tanıdılmasından ibarətdir. Sərgi - Yarmarkada tələbə gənclərin əl işlərinin satışı təşkil olunacaq. Satışdan əldə edilən vəsait ali məktəblərdə təhsil alan imkansız tələbələrin təhsil haqqının ödənilməsi üçün nəzərdə tutulub.

Sərgi 20 oktyabr 2012-ci il tarixində saat 13:00-da Atatürk parkında keçiriləcək. Ünvan: Bakıxanov küç., Nəsimi rayon İcra Hakimiyyətinin yeni binasını qarşısı