YAP üzvünün namizədliyi qeydə alınmadı

yap-uzvunun-namizedliyi-qeyde-alinmadi
Oxunma sayı: 3083

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş şəxsin namizədliyi qeydə alınmayıb.

"Qafqazinfo" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Goranboy Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini Dairə Seçki Komissiyasına təqdim etməkdən imtina edib.

O bildirib ki, Dairə Seçki Komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib. Lakin valideynləri gəlsə də, namizəd yenə də sənədlərini təqdim etməyib. Belə olan halda Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alınmayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, A. Topçuyev YAP-ın üzvüdür.

Günel Türksoy