Yapon şahzadəsindən Türkiyəyə maraqlı jest - Fotolar

yapon-sahzadesinden-turkiyeye-maraqli-jest
Oxunma sayı: 2584

Türkiyədə səfərdə olan Yaponiya şahzadəsi Akiko Mikasan maraqlı addımı ilə medianın gündəminə düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istnadən xəbər verir ki, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Mikasan xüsusi jest edib.

Belə ki, nazirlə toplantıya qatılan şahzadə dırnaqlarına Türkiyə və Yaponya bayraqlarını çəkdirib. Onun bu addımı xoş qarşılanıb. 

Media nümayəndələri şahzadənin ay-ulduzlu əllərini çəkdikdən sonra görüş qapalı keçirilib.

Aysel Kərimova