Yaponiya aprel zəlzələsini fəlakət adlandıracaq

yaponiya-aprel-zelzelesini-felaket-adlandiracaq
Oxunma sayı: 1129

Yaponiyanın Baş naziri Şinzo Abe Kumamaoto prefekturasında ötən ayın ortalarında baş vermiş zəlzələni fəlakət adlandırmağa hazır olduğunu bəyan edib. Bu, dövlətə təbii fəlakət nəticəsində zərər dəyən rayonlarda infrastrukturun bərpasına nəzarətə imkan yaradacaq.

Qafqazinfo”nun AzərTAC-a istinadən məlumatına görə, Ş.Abe bildirib ki, hökumət mayın 10-da keçiriləcək iclasında Kumamotoda baş vermiş zəlzələyə fəlakət statusunun verilməsini təsdiq edəcək. Həmin qərar cari həftənin sonunda qüvvəyə minəcək.

Baş nazir bu fikri apreldə baş vermiş güclü zəlzələ nəticəsində dəymiş ziyanı təhlil edən xüsusi qrupun iclasında səsləndirib.

2013-cü ildə hökumət təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı əsas qanuna dəyişikliklər edib. Həmin dəyişikliklər təbii fəlakət zamanı vəziyyəti idarə etməyə maksimum imkan yaradır. Qanuna bu dəyişiklik ilk dəfə Kumamoto prefekturasına dəyən zərərin aradan qaldırılması ilə əlaqədar tətbiq olunacaq.