Yaponiya “Fukusima-2”ni bağlayır

yaponiya-fukusima-2ni-baglayir
Oxunma sayı: 1007

Yaponiyanın “Tokyo Electric Power” enerji şirkəti “Fukusima-2” Elektrik Stansiyasını (AES) bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, çirkət rəhbəri artıq AES-in demontaj planını Fukusima prefekturasının qubernatoruna təqdim edib. AES-in bağlanması 2,6 milyard dollara başa gələcək. Plan iyulun sonunda yerli hökumətin razılığı əsasında şirkətin direktorlar şurasının iclasında təsdiq ediləcək.

Qeyd edək ki, “Fukusima-2” hər biri 250 MVt gücündə olan 4 enerji blokundan ibarətdir. AES-in reaktorları 2011-ci ildən – Yaponiyada güclü zəlzələ və sunamidən sonra işləmir. Həmin vaxt “Fukusima -2”də qəza baş verməsinin qarşısı alınıb, soyutma sistemi ştat rejimində işləyib.