Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı başa çatıb

yaponiya-hokumetinin-ot-kokleri-ve-insan-tehlukesizliyi-proqrami-basa-catib
Oxunma sayı: 1002

“Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün 1 artezian quyusu qazılıb və 1 transformator, 1 “tap-stand”, 5 su paylama nöqtəsi və 1 su çəni inşa edilib.

“Qafqazinfo” xəbər verir ki, layihənin başa çatdırılması münasibətilə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Füzuli RİH-də olub, Şükürbəyli kəndində görülmüş işlərə baxış keçirib.

“Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Şükürbəyli kəndində artezian quyusu qazılıb. Bu layihənin icrası nəticəsində, sözügedən kənd əhalisinin suvarma təyinatlı sudan içmək məcburiyyətinin aradan qalxdığı və gigiyenik şəraitin yaxşılaşması ilə bağlı xəbərləri eşitdim və bu, məni çox şad etdi. Bundan sonra kənd əhalisindən həmin arteziandan ehtiyatla istifadə etməsini və bu artezianların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram”, - deyə səfir Vadan Cüniçi bildirib.