Yaponiya iqtisadiyyatında son 10 ildə ən böyük geriləmə

yaponiya-iqtisadiyyatinda-son-10-ilde-en-boyuk-gerileme
Oxunma sayı: 1028

Yaponiya iqtisadiyyatı 2020-ci ildə 4,8% geriləyərək ölkə üzrə ÜDM 529,19 trilyon yenə (təxminən 5 trilyon dollar) bərabər olub.

“Qafqazinfo” xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin açıqlamasına görə, bu, 2009-cu ildən etibarən ölkə ÜDM-də qeydə alınan ilk azalmadır.

Ötən il Yaponiya mallarının ixracatı yüzdə 12,3%, ölkə üzrə idxal isə 6,8% azalıb.

Xüsusi kapital xərclərində 5,8%, daşınmaz əmlaka investisiyalarda 7,1% azalma müşahidə olunub.

Həmçinin Yaponiya ÜDM-nin yarısından çoxunu təşkil edən özəl istehlakda da 5,9% azalma qeydə alınıb.

Qeyd edək ki, 2008-ci il maliyyə böhranından sonra Yaponiya iqtisadiyyatı 2009-cu ildə 5,7% geriləmişdi. Bu, 1955-ci ildən bəri Yaponiyada qeydə alınmış rekord iqtisadi geriləmə olub.