Yaponiya sahillərində güclü zəlzələ

yaponiya-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 2942

Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yeraltı təkanların ocağı okeanın 60 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı elan edilməyib.