Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi və səfirliyin əməkdaşları Şamaxı rayonunda olublar.
“Qafqazinfo” xəbər verir ki, səfər zamanı Vada Cüniçi Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və Yaponiyadan gətirilərək rayon ərazisində əkilmiş sakura ağaclarından ibarət parka baxış keçirib.
Baxış zamanı səfir ağaclara göstərilən aqrotexniki tələblərə uyğun qulluqla maraqlanıb, ağacların təbii şəraitə adaptasiyası və inkişafı ilə bağlı məmnunluğunu ifadə edib.

Son xəbərlər
Son Xəbərlər