Yaponiya səfiri Şamaxıya səfər etdi - Fotolar

yaponiya-sefiri-samaxiya-sefer-etdi
Oxunma sayı: 1354

Yaponiya səfirliyinin dəstəyi ilə Şamaxıda həyata keçirilən sosial-iqtisadi və mədəni layihələrin müzakirəsi və tanışlıq məqsədilə Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Şamaxıya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və bir sıra məsələləri müzakirə ediblər.

Sosial-iqtisadi layihələr çərçivəsində Azərbaycanda məktəblərin, xəstəxanaların tikilməsi və təmiri, su təhcizatı və sair kimi 260-a yaxın qrant layihələr icra olunub ki, onların da 7-i Şamaxı rayonun payına düşür. Görüşdə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təhsil sahəsində informasiya texnologiyaları və innovasiyaların tədbiqində əməkdaşlığın çox faydalı olacağı vurğulanıb.

Səfir Şamaxı şəhərində yerləşən Şamaxı Astrofizika Rəsədxanasına, Dəmirçi kəndindəki muzeyə, Cümə məscidinə, İmadəddin Nəsiminin qardaşı Şaxhəndanın türbəsinə, “Şirvan Şərabları” müəssisəsinə baş çəkib.

Bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya göndərilib və əkilmiş 1000 sakura ağaclarının yerləşdiyi sahəyə baxış keçirilib və bir daha layihə iştirakçılarına təşəkkür bildirilib.