Yaponiya sərhədlərini əcnəbilərə bağlayır

yaponiya-serhedlerini-ecnebilere-baglayir
Oxunma sayı: 845

Yaponiya koronavirus pandemiyası səbəbindən Avropanın əksər ölkələri, ABŞ, Çin və Cənubi Koreyadan gələn əcnəbilər üçün sərhədləri bağlayacaq.

“Qafqazinfo”nun xəbərinə görə, qadağanın Cənub-Şərqi Asiya və Afrikanın bəzi dövlətlərinə də təsir göstərə biləcəyi qeyd olunur.

Məhdudiyyətlərin müddəti açıqlanmır.

Qeyd edək ki, martın 24-də Tokioda keçiriləcək “Olimpiya Oyunları-2020”nin koronavirusun yayılması səbəbiylə bir il təxirə salındığı məlum olub. Oyunların başlamasını təxirə salmaq fikri Yaponiya hökumətinə məxsusdur. Bu qərarın 2,7 milyard dollar itkiyə səbəb olduğu bildirilir.