Yaponiya Ukraynaya 7,6 milyard dollar yardım edəcək

yaponiya-ukraynaya-76-milyard-dollar-yardim-edecek
Oxunma sayı: 1487

Yaponiya Rusiya ilə müharibə şəraitində olan Ukraynaya yardım edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldə ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşü zamanı danışıb.

Nazir Hayaşi Yaponiyanın Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollar yardım etməyi öhdəsinə götürdüyünü bildirib.

Qeyd edək ki, may ayında G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiya Ukrayna Prezidenti Volodimir Zelenskini onlayn rejimdə sammitdə iştiraka dəvət edib.