Yaponiya Ukraynaya hərbi ləvazimatlar göndərdi - Fotolar

yaponiya-ukraynaya-herbi-levazimatlar-gonderdi
Oxunma sayı: 2884

Yaponiyanın Özünümüdafiə Qüvvələri Ukraynaya gülləkeçirməz gödəkçə və kaskalar göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “NHK” telekanalı yayıb.

Məlumata görə, “KC-767” nəqliyyat təyyarəsi martın 8-i axşam saatlarında Komaki aviabazasından Ukrayna ilə sərhəd olan Polşaya yola düşüb.

Yaponiya, bundan əlavə, Ukraynaya qış geyimləri və ehtiyat ərzaq məhsulları da göndərib.

Bildirilir ki, Yaponiya ilk dəfədir ki, digər bir ölkəyə gülləkeçirməz gödəkçələr göndərir.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Yaponiya, həmçinin Ukraynaya qida, gigiyena vasitələri, fotoaparatlar, elektrik generatorlar, çadır və qış geyimləri kimi ilkin zərurət olan məhsullar göndərməyi planlaşdırır.