Yaponiyanın mərkəzi hissəsindəki Naqano prefekturasına güclü qar yağması nəticəsində 120 nəfər blokadaya düşüb.
"Qafqazinfo" Azərtac-a istinadən bildirir ki, Matsumoto şəhərinin dağlıq ərazisindəki isti sularda yerləşən mehmanxananın qonaqları və işçi heyət blokada vəziyyətinə düşüb. Mehmanxanaya aparan yeganə yol güclü qar nəticəsində aşan ağacların altında qalıb. Bundan əlavə, elektrik xətlərinin qırılması mehmanxanaya elektrik enerjisinin verilməsini də dayandırıb. Hadisə yerinə gəlmiş xilasedicilər yolu təmizləməyə və elektrik enerjisinin verilişini bərpa etməyə çalışırlar.
Həftənin əvvəlində Yaponiyada yağan güclü qar nəticəsində səkkiz nəfər həlak olub, 600-dən çoxu xəsarət alıb. Nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb, yüzlərlə aviareys təxirə salınıb.
Ölkənin bəzi rayonlarında temperaturun rekord səviyyədə aşağı düşdüyü bildirilir. Hokkaydonun şimalında 30 dərəcə şaxta qeydə alınıb. Yaponiyanın cənubunda da hava kəskin soyuyub, Amami adasına son 115 ildə ilk dəfə qar yağıb. Meteoroloqlar soyuq havanın istirahət günlərində davam edəcəyini bildirirlər.
Son xəbərlər
Son Xəbərlər