Yaponiyada 133 reys ləğv edilib

yaponiyada-133-reys-legv-edilib
Oxunma sayı: 1136

Yaponiyada yaxınlaşan “Şanşan” qasırğasına görə Tokio və qonşu prefekturalara uçuşu planlaşdırılan 133 aviareys ləğv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, East Japan Railways dəmir yolu şirkəti də paytaxt regionunda bəzi ekspress qatarların hərəkətini dayandırıb. 

Qasırğanın paytaxt regionuna gecə çatacağı gözlənilir. Mərkəzindəki təzyiq 970 hektopaskaldır. Qasırğa mərkəsində küləyin sürəti isə saniyədə 35 metr təşkil edir.