Xəbər verdiyimiz kimi, aprelin 15-də Yaponiyanın Kumamoto əyalətində 7, 1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Kumamotonun inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib. Əyalətdə sunami təhlükəsi elan olunub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində 41 nəfər həlak olub. 150 mindən çox xəsarət alıb.
Yüz minlərlə insan işıqsız və susuz qalıb.
Xilas edicilər və hərbiçilər rayonların xəsarət alan sakinlərinə köməklik göstərir.
Xatırladaq ki, aprelin 14-də Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər həlak olub, 860 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər