Yaponiyada 6,3 bal gücündə zəlzələ

yaponiyada-63-bal-gucunde-zelzele
Oxunma sayı: 794

Yaponiyanın Oita vilayətində 6,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Saiki şəhərinin 23 kilometr cənub-qərbində baş verən zəlzələnin dərinliyi 41 kilometr təşkil edib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Dağıntı və tələfat barədə məlumat yoxdur.