Yaponiyanın şimal-şərqindəki Fukusima əyalətində 7,3 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Fukusima sahillərində dalğalanmaların yaşandığı bildirilir, lakin sunami təhlükəsi elan edilməyib.
Zəlzələ Miyaqi, İvate, Akita, Qunma, Saitama, Aomori və paytaxt Tokioda hiss olunub.
Zəlzələdən sonra Tokaido, Tohoku, Hokuriku, Coetsuda elektrik enrjisinin verilməsində fasilə yaranıb, bu səbəbdən sürət qatarlarının fəaliyyəti dayanıb.
O da vurğulanıb ki, zəlzələ nəticəsində Miyaqi və Fukusimada 20-dən çox şəxs yaralanıb, bölgədə 950 min mənzil işıqsız qalıb.
Bölgədə afterşoklar davam edir.
Son xəbərlər
Son Xəbərlər