Yaponiyanın şimal-şərqindəki Tohoku bölgəsində 7,3 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 23:36-da Yaponiyanın şimal-şərqindəki Miyaqi və Fukusima əyaləti sahillərində 60 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Miyaqidə zəlzələdən sonra 1 metr hündürlükdə sunami olub.
Son xəbərlər
Son Xəbərlər