Yaponiyada ardıcıl ikinci zəlzələ - Sunami xəbərdarlığı edildi

yaponiyada-ardicil-ikinci-zelzele
Oxunma sayı: 1497

Yaponiyanın Kumamoto əyalətində 7, 1 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kumamotonun inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Kumamotonun 740 min sakini var. Əyalətdə sunami təhlükəsi elan olunub.

Xatırladaq ki, aprelin 14-də Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində9 nəfər həlak olub, 860 nəfər yaralanıb.