Yaponiyada bir gündə iki zəlzələ qeydə alındı

yaponiyada-bir-gunde-iki-zelzele-qeyde-alindi
Oxunma sayı: 709

Yaponiyanın Fukuşima və Miyaqi prefekturalarında 5,3 ballıq zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Agentliyi açıqlama yayıb. Bildirilib ki, Fukuşimada qeydə alınan zəlzələnin hiposentri 50 km dərinlikdə, bir saat sonra Miyaqi bölgəsində qeydə alınan zəlzələnin hiposentri isə 10 km dərinlikdə olduğu müəyyən olunub. Hər iki zəlzələ ətraf bölgələrdə də hiss olunub. 

Zəlzələ sonrası sunami xəbərdarlığı edilməyib.