Yaponiyada da koronavirusa yoluxanların sayı artdı

yaponiyada-da-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 1691

Yaponiyada daha 15 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, onların əksəriyyəti Hokkaydo adasında yaşayır.

Bununla da, ölümcül virusa yoluxanların ümumi sayı 758-ə çatıb. Ölkə daxilində Tokio (29 nəfər) və Hokkaydo şəhərləri (16 nəfər), eləcə də Vakayam prefekturası (13 nəfər) liderlik edir.